Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə görüşüb.
"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb.
Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb.
Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Rəylər (0):