Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli yoludur.
“Berpaolunanenerji.az”ın Beynəlxalq Enerji Agentliyinin (IEA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu barədə IEA-nın rəhbəri Fatih Birol bildirib.Bununla yanaşı, Fatih Birolun sözlərinə görə, bu tədbirlər istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağa imkan yaradacaq.
“Təmiz enerji texnologiyalarına və infrastruktura investisiyaların artması bugünkü qlobal enerji böhranının yeganə uzunmüddətli həlli və istehlakçıların yanacağın yüksək qiymətlərindən asılılığını azaltmağın ən yaxşı yoludur”, - Fatih Birol qeyd edib.
İƏİT-in Baş Katibi Matias Kormanın sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi enerji qiymətlərinin kəskin artmasına səbəb olub və enerji təhlükəsizliyini pozub.
Rəylər (0):