Belçika Şimal dənizində külək adası inşa edəcək
Belçika külək enerjisi və yaşıl hidrogen hədəfləri üçün 2025-ci ilə qədər Şimal dənizində enerji adası inşa etməyi hədəfləyir.
“Berpaolunanenerji.az”ın məlumatına görə, enerji keçidini sürətləndirməyi hədəfləyən ölkə, küləkdən alınan enerjini saxlamaq üçün 2025-ci ilə qədər Şimal dənizində bir enerji adası inşa etməyi planlayır.
Belçikanın Energetika naziri Tinne Van der Stretenin verdiyi açıqlamada külək enerjisindən alınan enerjini saxlamaq üçün yaşıl hidrogenin saxlanmasına və istehsalına da icazə veriləcəyini bildirib.
Adanın 2025-ci ilə qədər tamamlanacağını bildirən nazir, bu növ layihənin ilk nümunəsi olacaq adanın Danimarkadakı külək adasından əvvəl tamamlanacağını da əlavə edib.
Qeyd edək ki, Danimarkada 35 milyard dollarlıq külək adasının inşası üçün parlament razılıq verib.
Rəylər (0):