bp şirkətinin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.
"Berpaolunanenerji.az" xəbər veri ki, bu barədə "bp-Azerbaijan"ın açıqlamasında qeyd edilir.
Bildirilir ki, səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər B.Luni Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Görüş zamanı B.Luni bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat verib, bp-nin Azərbaycanda və regionda bərpaolunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlayıb.
B.Luni bu gün həmçinin SOCAR-ın prezidenti cənab Rövnəq Abdullayevlə də görüşüb.
Səfər çərçivəsində B.Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı bütün işçi heyəti ilə onlayn görüş keçirməyi planlaşdırır.
Rəylər (0):