Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılmasından 3 il ötür

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılmasından 3 il ötür.

Renewables.az xəbər verir ki, Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Fərmanı ilə yaradılıb və Agentliyin Əsasnaməsi təsdiq edilib. 

Əsasnaməyə əsasən, Dövlət Agentliyi bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edən qurumdur.

Agentlik bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkili, tənzimlənməsi, əlaqələndirilməsi və eyni zamanda, müvafiq sahənin investisiya cəlbediciliyinin artırılması istiqamətində tədbirlər görür.

Dövlət Agentliyinin əsas hədəfləri, 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi, bu sahədə özəl sektorun iştirakının təmin edilməsindən ibarətdir.

Renewables.az Dövlət Agentliyinin 3 yaşı münasibətilə rəhbərliyi və kollektivi təbrik edir!


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *