Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların iştirakı ilə videokonfrans formatında kollegiya iclası keçirilib.
Bu barədə “Berpaolunanenerji.az”a Nazirlikdən məlumat verilib.
Məlumata görə, iclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlardan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.
İclasda həmçinin bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlanmaqda olduğu diqqətə çatdırılıb.
Rəylər (0):