Bərpaolunan enerji mənbələri potensialından səmərəli istifadə, fəaliyyət planının icrası, məlumatlandırma işinin təşkili məqsədilə bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi yaradılır.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunda deyilir.
Bərpaolunan enerji mənbələri üzrə informasiya sistemində bərpaolunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatlar yerləşdiriləcək:
-
stansiyanın layihədə nəzərdə tutulmuş gücü;
-
hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;
-
hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;
-
qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcmi.
Prezidentin imzaladığı Fərmana əsasən, energetika nazirliyi “Bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
Həmçinin doqquz ay müddətində Nazirlər Kabineti, “Bərpaolunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Rəylər (0):