Bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsi hazırlanır

image

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumların iştirakı ilə videokonfrans formatında kollegiya iclası keçirilib.

Bu barədə “Berpaolunanenerji.az”a Nazirlikdən məlumat verilib.

Kollegiya iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.

İclasda bərpaolunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin hazırlanmaqda olduğu diqqətə çatdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *