Bərpaolunan enerjiyə 400 milyard dollardan çox sərmayə öhdəliyi götürülüb

image

Bir qrup hökumət və özəl sektorlar iqlim dəyişikliyini dayandırmaq üçün 400 milyard dollardan çox maliyyələşdirmə və sərmayə öhdəliyi götürüb.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatı açıqlayıb.

BMT, 35-dən çox ölkə və “TotalEnergies”, “Schneider Electric” və “Google” kimi şirkətlərin də bu öhdəliyi götürdüyünü bildirib.

Qeyd edək ki, Enerji Zirvəsində çıxış edən BMT baş katibi Antoniu Quttereş, iqlim və qlobal enerji böhranının qarşısını almaq üçün bərpaolunan enerji gücünün iki qat artırılması çağırışını edib. Quttereş həmçinin, təxminən 760 milyon insanın elektrik enerjisinə çıxışının olmamasını açıqlayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *