Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin təşkilatçılığı ilə İnnovasiya Həftəsi başlayır

image

25-28 sentyabr tarixlərində Beynəlxalq Bərpa Olunan Enerji Agenliyinin (IRENA) təşkilatçılığı ilə İnnovasiya Həftəsi (IRENA Innovation Week) keçiriləcək.

Renewables.az Agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə aparıcı şirkətlər, novatorlar və siyasətçilər CO2 emissiyalarını azaldan və qlobal enerji keçidini sürətləndirən innovativ, bərpa olunan həllər təqdim etmək üçün bir araya gələcəklər.

4 gün davam edəcək görüşlərdə ümumilikdə 12 sessiya olacaq. Sessiyalarda yol nəqliyyatının ağıllı elektrikləşdirilməsi, binalarda isitmə-soyutma sistemləri, bərpa olunan həllər, yaşıl hidrogenin və digər mövzular müzakirə olunacaq. IRENA-nın Youth Talk seriyasının xüsusi buraxılışı olaraq, gənclərin nümayəndələri sahibkarlıq və innovasiyaları müzakirə etmək üçün sənaye liderləri ilə görüşəcəklər.

Tədbirdə 70-dən çox ölkədən olan korporativ liderlər, hökumət rəsmiləri və enerji innovasiyalarının önündə duran ekspertlər real həlləri müzakirə edəcək.

Ətraflı məlumat, gündəlik və məruzəçilərin siyahısı ilə tədbirin rəsmi saytında tanış ola bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *