Bill Qeyts "təmiz enerji keçidi"nə 1 milyard dollar investisiya cəlb edib

image

Amerikalı milyarder Bill Qeyts, yaşıl enerjiyə keçid üçün təmiz enerji şirkəti "Breakthrough Energy Catalyst"a 1 milyard dollardan çox vəsait cəlb edib.

Bu barədə "Berpaolunanenerji.az" "Bloomberg" ə istinadən xəbər verir.

Sərmayəçilər arasında Microsoft, BlackRock, General Motors, Bank of America, American Airlines Group, Boston Consulting Group və ArcelorMittal var.

BlackRock 100 milyon ABŞ dolları məbləğində qrant ayıracaq, digər şirkətlər isə kapital şəklində sərmayə qoyacaqlar.

Breakthrough Energy Catalyst, yaşıl hidrogen, dayanıqlı aviasiya yanacağı və yüksək tutumlu akkumulyatorların istehsalı da daxil olmaqla bir çox sahədə layihələrdə iştirak edir. Şirkətin vəzifəsi bu layihələrin ilkin maliyyələşdirilməsini təmin etmək, sonra isə qalan 90%-i əhatə etmək üçün dövlət və ya özəl investisiyalar cəlb etməkdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *