Birləşmiş Krallıqda külək enerjisindən elektrik istehsalı 2009-cu ilə nisbətən 2020-ci ildə 715 % artıb.
"Berpaolunanenerji.az" "Energy Live News"a istinadən xəbər verir bu barədə ölkənin Beynəlxalq Statistika Ofisinin yayımladığı hesabatda qeyd edilib.
Sənədə görə, 2020-ci ildə ölkənin dənizdə yerləşən külək turbinlərindən 75 mln. kVt/saat-dan çox elektrik enerjisi istehsal edilib. Bu göstərici 2009-cu ildə ölkənin küləkdən istehsal etdiyi (3 mln. kVt/saat) enerji ilə müqayisədə 715 % artım deməkdir.
Hesabatda, külək enerjisindən elektrik istehsalı ümumi istehsalın 24 %-ni təşkil etdiyi bildirilir ki, bunun da 13 %-i dəniz külək enerjisinin, 11 %-i isə qurudakı külək enerjisinin payına düşür.
Rəylər (0):