BloombergNEF: Təmiz enerji yatırımları 27 faiz artıb

image

“BloombergNEF” tərəfindən açıqlanan məlumata görə, 2021-ci ildə təmiz enerjiyə qoyulan yatırımlar 2020-ci illə müqayisədə 27 faiz artıb.

“Berpaolunanenerji.az”ın məlumatına görə, ötən il qlobal təmiz enerji yatırımları 755 milyard dollar olub.

Məlumata görə, yatırımların üçdə biri Çinin payına düşüb.

Hesablamaya görə, 2050-ci ilə qədər “sıfır karbon” səviyyəsinə çatmaq üçün sərmayələri 2025-ci ilə qədər üç qat, sonrakı illər isə iki qat artırmaq tələb olunur.

Külək, günəş və digər bərpaolunan enerji mənbələri üzrə sərmayələr 6,5 faiz artaraq 366 milyard dollar, elektrik sektoru üzrə sərmayələr 77 faiz artaraq 273 milyard olub.

Ümumi yatırımların yarısı Asiya qitəsinin payına düşüb. Ölkələr arasında ilk yerdə olan Çin təmiz enerjiyə 266 milyard dollar sərmayə yatırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *