Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
Təmiz enerjiyə hədəflənən xüsusi günün yaradılması enerji keçidinə nail olmaq həmçinin Davamlı İnkişaf 2030 gündəliyinin icrası istiqamətdə işlərin sürətləndirilməsinə töhfə verəcək.
IRENA-nın yaydığı məlumatda isə bildirilir ki, qurum BMT-nin 26 yanvar tarixini “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qəbul etdiyi qətnaməni dəstəkləyir və bunu enerji keçidinə nail olmaq istiqamətində yüksək addım kimi qiymətləndirir. 26 Yanvarın tarixini seçməklə UNGA-nın 193 Üzv Dövləti IRENA-nın qlobal, bərpa olunan enerjiyə əsaslanan enerji keçidinin sürətləndirilməsində aparıcı rolunu etiraf etdiyini təsdiqləyir.
Dubayda təşkil olunacaq COP28-in yaxınlaşması və BMT-nin bu qərarı enerji məsələlərinə vahid qlobal yanaşmanın zəruriliyini vurğulayır. IRENA-nın 1,5°C ssenarisi və COP28 gündəliyinə uyğun olaraq, BMT qətnaməsi davamlı enerji keçidi üçün 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrin və təmiz enerjinin payının artırılmasını vacibliyini bir daha nəzərə çatdırmış olur. IRENA-nın “World Energy Transitions Outlook” hesabatına əsasən qlobal miqyasda 2030-cu ilə qədər illik bərpa olunan enerji gücünün orta hesabla təxminən üç dəfə (300 QVt-dan 1000 QVt-a) artırılması tələb olunur.
Rəylər (0):