Zəngilan və Cəbrayıl ərazilərində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bir neçə stansiya isə təmir olunaraq istismara verilib.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev ARB 24-ə məlumat verib.
Agentliyin direktoru bildirib ki, hal-hazırda günəş elektrik stansiyasının tikintisi üzrə, icra müqaviləsi çərçivəsində texniki və maliyyə tədbirləri aparılmaqdadır.
T.Əmmayev: "İşğaldan azad olunmuş ərazilərin yüksək bərpaolunan enerji potensialı vardır. Hazırda orada müəyyən hidroenerji stansiyaların təmir və bərpası üzərində işlər aparılır. bp şirkəti ilə imzalanmış icra müqaviləsi çərçivəsində Zəngilan və Cəbrayıl ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur".
Rəylər (0):