Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Təbriz Əmmayev Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “UNEC İqtisadi Forumu”nun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı panelində çıxış edib.
"Berpaolunanenerji.az"ın BOEMDA-ya istinadən verdiyi xəbərə görə, Agentlik rəhbəri çıxışında işğaldan azad olunan ərazilərdə reallaşdırılacaq yaşıl enerji layihələri barədə məlumat verib. O, yaşıl enerji zonası konsepsiyasının hazırlanması üzərində işlər aparıldığını deyib. Qarabağın günəş və külək enerjisi potensialından söz açan T.Əmmayev Cəbrayıl və Zəngilan rayonlarının günəş, Laçın və Kəlbəcər rayonlarının isə külək enerjisi potensialı ilə zəngin olduğunu diqqətə çatdırıb. O həmçinin bildirib ki, Tərtərçay, Həkəri çay və onların qolları yüksək hidroenerji potensialı var və Araz çayı üzərində 140 MVt Xudafərin və Qız Qalası SES-lərin tikintisi planlaşdırılır.
Rəylər (0):