BOEMDA-nın kollektivi Qaradağ GES-də olub

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) kollektivi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında olub.

Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, əməkdaşlar stansiyanın ərazisi və fəaliyyəti ilə yaxından tanış olublar.

Stansiyanın əməkdaşları tərəfindən mövcud vəziyyətdə elektrik enerjisi istehsalı, aparılan işlər, ərazi barədə geniş məlumatlar verilib, bəzi texniki göstəricilərlə bağlı monitorinq həyata keçirilib, işlərin müqavilə şərtlərinə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *