BOEMDA və Almaniya Enerji Agentliyi birgə seminar keçirib – FOTO

image

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) ilə Almaniya Federativ Respublikasının Enerji Agentliyi (dena) arasında Azərbaycanda elektrik və istilik istehsalında mərkəzləşdirilməmiş bərpaolunan enerjinin təşviqi üçün tövsiyələrin hazırlanması üzrə yekun seminar keçirilib.

"Berpaolunanenerji.az" BOEMDA-ya istinadən xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən BOEMDA-nın direktoru Təbriz Əmmayev Azərbaycanda mərkəzləşdirilməmiş və ya şəbəkədənkənar bərpaolunanenerji texnologiyaları, bu sahədə görülən işlər, mövcud imkanlar, dena ilə birgə həyata keçirdiyi layihələrin müsbət nəticələri, qarşıda duran hədəflər və pilot layihələr barədə danışıb.

O, sözügedən layihənin Azərbaycan üçün əhəmiyyətini və mərkəzləşdirilməmiş enerji sistemlərinin, xüsusilə şəbəkədən kənar yerlərdə əla perspektivlər təqdim etdiyini vurğulayıb.

Daha sonra dena-nın direktoru Tibor Fisker qurumlar arasında qarşılıqlı əlaqələr, gələcək planlardan bəhs edib.

Tədbir ərəfəsində BOEMDA və dena əməkdaşları tərəfindən layihə ilə bağlı təqdimatlar edilib, qarşılıqlı suallar cavablandırılıb.

Qeyd edək ki, dena Azərbaycanın 4 müxtəlif ərazisində bərpaolunan enerji texnologiyalarının tətbiqi ilə mərkəzləşdirilməmiş enerji təchizatının təşviqi çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə əməkdaşlıq edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *