Bolqarıstan Qara dənizdə ilk külək enerjisi layihəsini reallaşdıracaq

image

Fransanın üzən külək enerjisi üzrə ixtisaslaşmış "Eolink" şirkəti Avropanın 15 bərpa olunan enerji tərəfdaşları ilə birlikdə Qara dənizdə külək enerjisi layihəsinə başlayıblar.

"Renewables.az" offshorewind.biz portalına istinadən xəbər verir ki, bu barədə "Eolink" ötən gün məlumat yayıb.

Layihənin məqsədi Bolqarıstan sahillərində 5 MVt gücündə üzən platformada külək turbininin quraşdırılması və onun Qara dənizdəki qaz platforması ilə əlaqələndirilməsidir.

BLOW (Black sea fLoating Offshore Wind) adlanan və keçən il Avropa Komissiyasının "Horizon Europe" tədqiqat və innovasiya proqramı tərəfindən mükafatlandırılan üç layihədən biri olan layihənin büdcəsi 21 milyon avrodan çoxdur. Bunun 15 milyon avrosu Avropa İttifaqı tərəfindən qrant olaraq ayrılacaq.

Qeyd edək ki, Dünya Bankının 2021-ci il hesabatına görə, Qara dənizdə üzən platformalar üzrə külək enerjisi potensialı 166 QVt-dır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *