Bolqarıstanda bərpa olunan enerjiyə edilən yatırımlar artaracaq

image

Bolqarıstanda külək enerjisinin qoyuluş gücündə 700 meqavat, günəş enerjisində 1,600 meqavat, biokütlə enerjisində isə 219 meqavat artım təxmin edilir.

"Berpaolunanenerji.az"ın xəbərinə görə bu barədə "Enerji Portalı"nda məlumat verilib.

"Elektrik Sistem Operatoru"nun baş icraçı direktoru Anjelin Tsaçev 2024-cü ilədək bərpa olunan enerji mənbələrinin qoyuluş gücündə önəmli bir artımın olacağını bildirib. Rəsminin sözlərinə görə, ölkədə bərpa olunan enerji mənbələrindən elektrik istehsal edilə bilinən güc 1,800 meqavatdır. Bu rəqəm ümumi bərpa olunan qoyuluş gücündən təxminən 2,5 dəfə azdır (ümumi bərpa olunan güc 4,347 meqavat bax. IRENA-2020). Günəş elektrik stansiyalarının gücü 1,100 meqavat, külək elektrik stansiyalarının isə 700 meqavatdır.

2020-ci ildə bərpa olunan enerji stansiyaları enerji yoxlama qurumunun tövsiyə etdiyi miqdardan daha çox elektrik istehsal etdi və enerjinin böyük hissəsi sərbəst bazarda satıldı. Təkcə ötən il elektrik bazarına 77 günəş stansiyası daxil oldu, bu il isə bu sayın və qoyuluş güclərinin artacağı proqnozlaşdırılır.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *