Böyük Britaniya enerji təhlükəsizliyi və xalis sıfıra yönəlmiş yeni hökumət departamenti yaradıb.
"Renewables.az" Energy Live News-a istinadən xəbər verir ki, Baş nazir Rişi Sunak rəsmi olaraq hökumətin yenidən təşkili və "Enerji Təhlükəsizliyi və Xalis Sıfır" (Energy Security and Net Zero) Departamentinin yaradılmasını tviterdə açıqlayıb.
Keçmiş Biznes, Enerji və Sənaye Strategiyası (BEIS) Departamenti isə yeni yaradılan departamentə bölünəcək. Qrant Şapps Enerji Təhlükəsizliyi və Net Zero Departamentinin ilk katibi təyin edilib.
Rəylər (0):