Böyük Britaniya, inkişaf etməkdə olan (İEO) ölkələrə kömürün istifadəsini dayandırmaq və təmiz enerjiyə keçmək üçün 550 milyon funt sterlinq ayıracaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Britaniyanın BMT yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
Baş nazir Boris Conson və BMT Baş katibi Antonio Quterreş dünya liderlərinin iştirakı ilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda dəyirmi masa keçiriblər.
Daha əvvəl İngiltərə 2050-ci ilə qədər zərərli tullantıları sıfıra endirəcəyini və 2030-cu ilə qədər istixana qazı tullantılarını ən az 68 % azaldacağını vəd etmişdi.
London həmçinin beynəlxalq iqlim proqramlarının maliyyələşdirilməsi üçün önümüzdəki beş il ərzində 11,6 milyard funt ayıracağını vəd edib.
Rəylər (0):