bp Almaniyanın ərazi sularında hər birinin gücü 2 000 MVt olan iki külək elektrik stansiyası quraşdıracaq.
Renewables.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın enerji bazarını tənzimləyən agentliyi olan Bundesnetzagentur Federal Şəbəkə Agentliyinin məlumatına görə, ümumi gücü 7 000 meqavat olan dörd dənizdə külək elektrik stansiyası üçün tender keçirilib. Adı çəkilən tenderlərlə Şimal və Baltik dənizlərində 14 milyard dollarlıq külək layihələri inşa ediləcək.
Enerji nəhəngi bp iki fərqli tenderlə 4 000 meqavatlıq (4 QVt) dəniz külək enerjisi layihəsini qazanıb. Bunun üçün şirkət layihələrə 6,8 milyard avroya yaxın investisiya yatıracaq. Təklif məbləğinin 10 %-nə uyğun olan 678 milyon avro məbləğində ilkin ödənişlər 2024-cü ilin iyul ayına qədər ödəniləcək. Qalan 90 % isə 20 il müddətinə ödəniləcək, çünki layihələr yaxın on ildə istismara veriləcək.
İki külək elektrik stansiyası ilə bp-nin dənizdəki ümumi külək enerjisi gücü 9 200 MVt-a yüksələcək.
Rəylər (0):