bp bərpa olunan enerji mənbələrinə daha çox sərmayə qoyacaq

image

bp şirkəti neft və qaz hasilatından karbon emissiyalarını 2030-cu ilə qədər 20-30 % azaltmağı (2019-cu ilin ilkin göstəricisi ilə müqayisədə) hədəfləyir ki, bu da əvvəlki hədəfdən aşağıdır.

"Renewables.az" xəbər verir ki, bu barədə bp-nin dərc etdiyi hesabatda bildirilir. 

Məlumata əsasən, daha əvvəl qeyd olunan hədəf 35-40 % səviyyəsində proqnozlaşdırılıb.

Bununla belə, şirkət “enerji keçidinə”, xüsusən də bioenerjiyə, elektrik nəqliyyat vasitələri üçün infrastruktur, hidrogen və bərpa olunan enerji mənbələrinə daha çox sərmayə yatırmaq niyyətindədir.

Qeyd edək ki, bp Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsini həyata keçirir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *