bp “Şəfəq” layihəsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirə dair sənədin müzakirəsinə başlayır

image

"Şəfəq" Günəş Elektrik Stansiyası layihə üzrə iş proqramı çərçivəsində Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

Renewables.az xəbər verir ki, bu barədə bp məlumat yayıb.

Məlumata görə, görüş 6 mart tarixində saat 10:00-12:00 arasında "JW MARRIOTT ABSHERON BAKU" hotelinin "Hövsan" zalında keçiriləcək. Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.

bp bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.

Xatırladaq ki, bp ötən ay layihə ilə bağlı Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsinə dair Hesabat dərc edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *