bp şirkəti ilə dənizdə külək enerjisi təcrübəsi ilə bağlı seminar keçirilib

image

Azərbaycan Respublikası Energetika Nazirliyi və bp şirkətinin birgə təşkilatçılığı ilə “Dəniz küləyindən enerji” mövzusunda onlayn formatda seminar keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Seminarda bp şirkətinin mütəxəssisləri dənizdə külək enerjisi ilə bağlı təqdimat nümayiş etdiriblər. Bərpaolunan enerji mənbələrindən biri olan dənizdə külək enerjisinin Azərbaycanda, xüsusilə Abşeron yarımadasının şimal hissəsində yüksək potensialının mövcudluğu və bunun regional bazarda ölkəmiz üçün böyük imkanlar yaradacağı vurğulanıb.

Ardınca bu potensialın inkişaf etdirilməsi üçün görüləcək işlərdən, gələcək layihələrdən, o cümlədən Energetika Nazirliyi ilə bp şirkətinin bu sahədə gələcək əməkdaşlığından danışılıb.

Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb və maraqlı təkliflər dinlənilib.


 

Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *