Britaniyanın Baş naziri Azərbaycanın alternativ enerji təchizatçısı kimi rolunu yüksək qiymətləndirib

image

“Biz hazırda enerji təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik. Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol oynayır”.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Boris Consonun IX Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda əksini tapıb.

Hökumət başçısı bildirib ki, eyni zamanda iqlim dəyişikliyi artıq bir nəzəriyyə deyil: “Daha isti, daha quru və qeyri sabit havanın reallığı bu gün bütün dünyada yaşayış yerlərini zədələyir və həyatları sona çatdırır. İqlim dəyişikliyinin gələcəkdəki dəhşətli fəsadlarının qarşısını almaq üçün bərpa olunan enerji mənbələrinə sürətli keçid vasitəsilə mümkün qədər tez xalis sıfıra nail olmalıyıq. Dəyişikliyin bu ikili amilləri növbəti aylarda və illərdə bərpa olunan enerjiyə böyük sərmayə qoyulmasına gətirib çıxaracaq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *