"Biz Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik, çünki ölkə qalıq yanacaqlardan təmiz enerjiyə keçməyə çalışır".
"Renewables.az"ın məlumatına görə, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran “Report”a eksklüziv müsahibəsində deyib.
D. Moran: "Azərbaycan enerji təhlükəsizliyi sahəsində Böyük Britaniyanın uzunmüddətli tərəfdaşıdır. Biz həm hökumətlə, həm də təbii ki, BP ilə sıx əməkdaşlıq edirik. Xüsusi münasibətimiz var. 2021-ci ildə enerji keçidi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə rəsmən təsdiqlənən əməkdaşlığımızı davam etdirməkdən həqiqətən xoşbəxtik.
Memorandum bir sıra sahələrdə - təmiz enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, eləcə də enerji keçidi sahəsində qabaqcıl təcrübələri bölüşməyə kömək edəcək. Britaniya hökumətlər səviyyəsində qarşılıqlı əməkdaşlıq üçün çox şey edə, həmçinin BP və Azərbaycan şirkətləri ilə əməkdaşlığı davam etdirə bilər".
Rəylər (0):