2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt-saat, yaxud 6,3 % artması deməkdir.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında külək elektrik stansiyalarında 13,16 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Qeyd edilir ki, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi 7,6 mln. kVt-saat təşkil edib.
Rəylər (0):