Cari ilin 8 ayında ölkədə elektrik enerjisi istehsalı artıb

image

2021-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2767,4 mln. kVt-saat, ixracı 150,6 mln. kVt-saat, idxalı 10,5 mln. kVt-saat olub.

Bu barədə "Berpaolunanenerji.az"a energetika nazirliyindən məlumat verilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 611,2 mln. kVt-saat, ixrac 49,1 mln. kVt-saat artıb, idxal isə eynilik təşkil edib.

Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1109,7 mln. kVt-saat artaraq 18612,4 mln kVt-saat olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 120,3 mln. kVt-saat artaraq 966,9 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 mln. kVt-saat azalaraq 235,8 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 58,6 mln. kVt-saat, günəş elektrik stansiyalarında 38,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 139,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16737,1 mln. kVt-saat (SES-lərdə 844,4 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 312,3 mln. kVt-saat (SES-lərdə 111,6 mln. kVt-saat, GES-də 35,0 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,1 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 1519,9 mln. kVt-saat təşkil edib.

Məlumatda bildirilir ki, 8 ay ərzində elektrik enerjisinin ixracı 971,9 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 142,2 mln. kVt-saat artıb. İrana 238,9 mln. kVt-saat, Türkiyəyə 164,1 mln. kVt-saat, Rusiyaya 63,7 mln. kVt-saat, Gürcüstana isə 505,2 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt-saat artıb. İrandan 22,4 mln. kVt-saat, Rusiyadan 63,5 mln. kVt-saat, Gürcüstandan isə 24,7 mln. kVt-saat elektrik enerjisi idxal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *