Cari ilin yanvar-mart aylarında Azərbaycanda 6 milyard 772,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,2 % çoxdur.
"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən verdiyi xəbərə görə, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 6 milyard 556 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,1 % çoxdur.
Qeyd edək ki, külək elektrik stansiyaları 12,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 42,7 faiz azdır.
Günəş elektrik stansiyaları isə 12,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 41,4 faiz çoxdur.
Su elektrik stansiyalarının istehsalı 244 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz çoxdur.
Rəylər (0):