2021-ci ilin on ayı ərzində elektrik enerjisinin ixracı 1156,0 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt-saat artıb.
"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, İrana 252,8 mln. kVt-saat, Türkiyəyə 318,6 mln. kVt-saat, Rusiyaya 79,1 mln. kVt-saat, Gürcüstana isə 505,5 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt-saat artıb. İrandan 27,3 mln. kVt-saat, Rusiyadan 78,9 mln. kVt-saat, Gürcüstandan isə 24,6 mln. kVt-saat elektrik enerjisi idxal edilib.
Rəylər (0):