İşğaldan azad olunmuş bölgəyə növbəti ekspedisiyalar zamanı Yaponiyanın “TEPSCO” şirkətinin yerli nümayəndələri ilə birgə “Azalternativenerji” MMC-nin əməkdaşları Qarabağ ərazisində mövcud olan bir sıra elektroenergetika qurğularına, kabel-kommunikasiyalara və Tərtər, Laçın, Qubadlı rayonlarında su elektrik stansiyalarına, Kəlbəcərin külək potensiallı ərazilərinə baxış keçirilmiş, Cəbrayıl günəş ölçü-müşahidə qurğusunda kiçik təmir-sazlama işləri aparılmışdır.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabat dövründə eyni zamanda Naxçıvan, Samux, Ağstafa və İmişli meteostansiyaları haqqında 2 illik məlumatlar MMC-nin mütəxəssisləri tərəfindən toplanmış və müvafiq qaydada Dövlət Agentliyinə təqdim olunmuşdur.
Cəbrayıl, Zəngilan və Zod ərazilərinin “Sander Partner” proqramı vasitəsi ilə 30 illik külək məlumatları əsasında potensial hesablanmışdır.
Rəylər (0):