Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı enerji keçidi üzrə plenar sessiya ilə davam edib

image

Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyalarla davam edib.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Enerji keçidi məsələlərinə həsr olunmuş ikinci sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib.

Sessiyada Avropa İttifaqının Enerji Direktorluğu, bp, “ACWA Power”, “Masdar”, “TotalEnergies”, “Eguinor” və SOCAR-ın təmiz enerjiyə keçid, karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr və bərpa olunan enerji üzrə əməkdaşlığa dair çıxışları dinlənilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *