Çexiya şirkətləri ilə günəş və külək enerjisi qurğularının istehsalı üzrə əməkdaşlıq nəzərdən keçirilib

image

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Çexiyanın sənaye və ticarət naziri Jozef Sikela arasında görüş olub.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi və Azərbaycanın Çex Respublikasına xam neftin təchizatında mühüm tərəfdaş olduğu qeyd edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq yaradılmış Birgə İşçi Qrupu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, SOCAR və CEZ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin azad edilmiş ərazilərdə KSES və günəş panelləri, külək trubinlərinin istehsalı sahələrində Çex şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracı və “Həmrəylik Halqası” layihələri ətrafında fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *