Çin Milli Enerji Administrasiyası bərpa olunan enerji mənbələri ilə bağlı hədəflərini açıqlayıb
Çin günəş və külək enerjisinin ümumi istehlakdakı payını 2021-ci ilin sonuna qədər 9,7 %-dən 11 %-ə, 2025-ci ilə qədər isə 25 %-ə çatdırmağı hədəfləyir, bu haqda Çinin Dövlət Energi Administrasiyasının (NEA) dərc etdiyi planda bildirilir.
"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, Prezident Si Cinpinq 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına istehsalın 1,200 qiqavata çatdırılacağını bildirib.
IRENA-nın hesabatına əsasən, ötən il külək enerjisinin qoyuluş gücü 72 qiqavat artaraq 282 qiqavata, günəş enerjisi isə 49 qiqavat artaraq 254 qiqavata çatıb. Beləliklə, ümumi bərpa olunan enerjinin qoyuluş gücü 895 qiqavata çatıb.
Rəylər (0):