Çində nəhəng dənizüstü külək elektrik stansiyasının ilk mərhələsi şəbəkəyə qoşulub
Çində inşası davam etdirilən 301,6 MVt gücündəki dənizdə külək elektrik stansiyasının beş turbinindən ibarət ilk mərhələsi elektrik istehsalına başlayıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə ölkənin “Shandong Electric Power” şirkəti açıqlama yayıb.
Şirkət həmçinin, Şantun əyalətində inşa edilən stansiyada turbin sayının ilin sonuna qədər 58-ə çatdırılacağını açıqlayıb.
Dənizüstü külək elektrik stansiyası tam gücü ilə illik 821 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcək. Bu da illik 253 min ton kömürün istifadəsinə və 556 min ton karbon emissiyasının azalmasına kömək edəcək.
Rəylər (0):