Çindən idxal edilən günəş panellərinə vergi tətbiqi 2022-ci ildə bitəcək

image

Türkiyənin Çindən gətirilən günəş panellərinə tətbiq etdiyi əlavə gömrük vergisinin bitəcəyi müddət məlum olub.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazetesi”də məlumat dərc olunub.

Ölkənin Ticarət nazirliyi tərəfindən “İdxalda haqsız rəqabətin qarşısının alınması haqqında bildiriş”də (Bildiriş №: 2021/39) Çindən idxal edilən panellərə tətbiq edilən əlavə gömrük vergisinin müddətinin 1 aprel 2022-ci il tarixində bitəcəyi qeyd olunub.

Qeyd edək ki, Çindən idxal edilən günəş panellərinə 20 dollar/m2 gömrük vergisi 1 aprel 2017-ci ildən tətbiq olunur.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *