Çinin bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 1 teravata yaxınlaşır

image

Çinin ümumi elektrik enerjisinin qoyuluş gücü cari ilin ilk altı ayında 9,5 % artaraq 2.256 QVt-a çatıb.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Çin Milli Enerji Administrasiyası statistika dərc edib.

Milli Enerji Administrasiyası tərəfindən verilən məlumatlara görə, ümumi enerjinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin gücü 938 QVt-a çatıb.

Statistikaya əsasən, iyul ayının sonu ölkədə külək enerjisinin qoyuluş gücü 292 QVt, günəş enerjisinin qoyuluş gücü 268 QVt, su elektrik stansiyalarının qoyuluş gücü isə 378 QVt olub.

Cari ilin ilk ayında, ötən ilin müvafiq dövrü ilə müqayisədə külək enerjisinin gücü 34,7 %; günəş enerjisinin gücü isə 23,7 % artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *