Çinin 802 MVt qoyuluş gücünə malik ən böyük dənizüstü Külək Elektrik Stansiyası (KES) “Tsidun” KES elektrik şəbəkəsinə qoşulub.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Çin Beynəlxalq Radiosu xəbər yayıb.
Sahildən 35 km uzaqlıqda qurulan KES 134 külək turbinindən ibarətdir və dənizaltı elektrik kabelləri vasitəsilə ümumi elektrik şəbəkəsinə qoşulur.
Stansiyanın ildə 2,2 milyard kilovat-saat elektrik enerji istehsal edəcəyi gözlənilir. Bu da 900 min evin elektrik enerjisi ehtiyacına bərabərdir.
Rəylər (0):