Çinin quruda ən böyük külək elektrik stansiyası şəbəkəyə qoşulub
Çinin cənub-qərbindəki Yunnan əyalətinin Qujing şəhərində 800 meqavat gücündə külək elektrik stansiyası (KES) şəbəkəyə qoşulub.
Renewables.az CGTN portalına istinadla xəbər verir ki, stansiya Çinin quruda quraşdırılmış ən böyük KES-dir.
Çinin State Power Investment Corporation Limited (SPIC) şirkətinin məlumatına görə, Yunnan-Quizhou yaylasında inşa edilmiş 135 külək turbinindən ibarət stansiya ağıllı diaqnostika imkanlarına malikdir. Mərkəzi idarəetmə otağında işçilər hərtərəfli məlumat toplayan ağıllı cihazlar vasitəsilə 24 saat ərzində stansiyanın real vaxt rejimində vəziyyətini görə bilir, beləliklə də uzaqdan monitorinq, nəzarət və erkən xəbərdarlıq həyata keçirir.
Layihənin hər il 2,06 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da 641 min ton kömür qənaətinə, ildə 1,73 milyon ton karbon qazı və 1,100 tondan çox kükürd qazının azalmasına bərabərdir. Layihənin tikintisi zamanı 3000-dən çox iş yeri yaradılıb.
Rəylər (0):