COP28-də Vestas şirkətinin Azərbaycanda külək turbinlərinin istehsal imkanları nəzərdən keçirilib

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Danimarkanın külək turbini istehsalçısı Vestas şirkətinin vitse-prezidenti Morten Dyrholm ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında bildirib.

Nazir paylaşımında bildirib ki, tərəflər Azərbaycanın yaşıl enerji layihə və planları haqqında fikir mübadiləsi aparıb, ölkəmizdə külək turbinlərinin istehsal imkanlarını nəzərdən keçirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *