Culfa rayonunda külək elektrik stansiyalarının qurulması nəzərdə tutulub

image

Culfada 10 yeni Külək Elektrik Stansiyasının qurulmasına qısa zamanda başlanılacaqdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 3 meqavatlıq Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi zamanı deyib.

Vasif Talıbov: "Eyni zamanda qarşıdakı illərdə hər birinin gücü 1,5 meqavat olan 5 külək elektrik stansiyasının qurulması da nəzərdə tutulub. Həyata keçirilən tədbirlər imkan verəcək ki, muxtar respublikada energetika sistemində yenidənqurma işləri aparılsın, gəlirlər artırılsın, energetiklərin maddi vəziyyəti yaxşılaşdırılsın və muxtar respublikada dayanıqlı enerji sistemi qurulsun.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *