Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr müzakirə olunub.
Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında məlumat verib.
“Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə qlobal platformalarda dayanıqlı enerji siyasətinin aspektləri, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr, ölkəmizin iqlim dəyişiklikləri üzrə çağırışlara töhfə verəcək hədəfləri və COP29 tədbiri üzrə nəzərdə tutulmuş işlər barədə danışdıq”. – deyə nazir bildirib.
Rəylər (0):