Azərbaycan dənizdə külək enerjisi hesabına elektrik enerjisi və qaz ixracını artıra biləcək.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Dünya Bankının (DB) energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Dənizdə külək enerjisinin inkişafı Azərbaycana elektrik enerjisi istehsalı üçün daxili istehlakı azaltmaqla həm elektrik enerjisi, həm də təbii qaz ixracını artırmağa imkan verir", - deyə o bildirib.
Onun sözlərinə görə, dənizdə külək enerjisinin inkişafı Azərbaycan üçün mövcud neft və qaz işçi qüvvəsinin əhəmiyyətli hissəsini təmiz enerji sahəsinə köçürmək və uzunmüddətli iş yerlərini saxlamaq üçün bir fürsətdir.
“Azərbaycanda ilk dənizdə külək layihələrinin daha yüksək enerji dəyərinə malik olmasına baxmayaraq, bu xərc fərqi zamanla iddialı hədəflər və bazar rəqabəti vasitəsilə azaldıla bilər”, - o bildirib.
Azərbaycanın dənizdə külək enerjisinin inkişaf potensialına gəlincə, o qeyd edib ki, dayaz sularda 35 qiqavatta qədər, dərin sularda isə 122 qiqavatta qədər enerji istehsal oluna bilər.
Rəylər (0):