Dekabr ayında elektrik enerjisinin ixracı və idxalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin dekabr ayında elektrik enerjisinin idxalı 11 mln. kVt-saat, ixrac isə 504,3 mln. kVt-saat təşkil edib.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji idxalı 0,3 mln. kVt-saat (2,8 %), ixracı isə 41,3 mln. kVt-saat (9 %) artıb.

Qeyd edək ki, ötən il ərzində respublikada elektrik enerjisi ixracı və idxalı artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *