“Dənizdə külək və hidrogen enerjisi infrastrukturunun inkişafı ilə bağlı SƏTƏM məsələləri” mövzusunda vebinar keçirilib

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi arasındakı mövcud əməkdaşlıq çərçivəsində “Dənizdə külək və hidrogen enerjisi infrastrukturunun inkişafı ilə bağlı SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) məsələləri” mövzusunda vebinar keçirilib.

"Berpaolunanenerji.az" bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Böyük Britaniyanın Sağlamlıq və Təhlükəsizlik təşkilatının mütəxəssisləri tərəfindən keçirilən seminarda müfaviq sahədə təhlükəsizlik və SƏTƏM məsələləri haqda danışılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Onlayn seminarda Energetika Nazirliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əməkdaşları iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *