Dövlət Agentliyi ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Renewables.az AREA-ə istinadla xəbər verir ki, sənəd direktor Cavid Abdullayev və BMU-nun rektoru Havar Məmmədov tərəfindən imzalanıb.

İmzalanma mərasimində çıxış edən AREA-in direktoru Cavid Abdullayev bərpa olunan enerji mənbələrindən istifadənin əhəmiyyətini, ölkəmizdə bu sahədə görülən işləri və kadr potensialının inkişafının prioritet məsələlərdən olduğunu diqqətə çatdırıb.

Razılaşmanın məqsədi energetika, elektronika və avtomatika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında birgə əməkdaşlıq etməkdir. Sənədə əsasən, energetika və avtomatika yönümlü ixtisaslar və ixtisaslaşmalar üzrə təhsilalanlar üçün istehsalat təcrübələri təşkil ediləcək. Mühəndis kadrlarının hazırlanması sahəsində əməkdaşlığı hədəfləyən razılaşma elmi-tədqiqat işlərinə, kitabxana-informasiya sisteminin zənginləşdirilməsinə dəstək, mütəxəssislər tərəfindən mühazirələrin təqdimatı və s. kimi bir çox əməkdaşlıq istiqamətlərini özündə ehtiva edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *