Dövlət Statistika Komitəsi cari ilin ilk rübünə dair göstəricilərini yayımlayıb

image

Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini yayımlayıb. Statistikaya görə, hesabat dövründə hidroenerji istehsalında artım müşahidə olunsada, külək enerjisi istehsalında azalma müşahidə olunur. Günəş enerjisi istehsalında isə dəyişiklik olmayıb.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari rüb Azərbaycanda 6497,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 % azdır. Bunun 6294,8 milyon kVt-saat-ı əmtəəlik elektrik enerjisi olub ki, bu göstərici də əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 % azalıb.

2021-ci ilin yanvar-mart aylarında su elektrik stansiyalarında 227,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 5,3 % çoxdur.

Hesabat dövründə, külək elektrik stansiyalarında 21,3 milyon kVt-saat enerji istehsalı olub ki, bu da 2020-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 12 % azdır.

Yanvar-mart aylarında günəş elektrik stansiyalarında 8,7 mln kVt-saat enerji istehsalı olub ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə eynidir.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *