Dünya Bankı tərəfindən hazırlanan “Türkiyə üçün Dəniz Külək Enerjisinin İnkişafı Yol Xəritəsi” hesabatının nəticələri paylaşılıb.
"Renewables.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, hesabata görə, Türkiyədə üzən və sabit platformalar üçün dörd potensial sahə var.
Qara dənizdə üzən platformalar üçün 13,9 giqavat və sabit əsaslı platformalar üçün 1,3 giqavat potensial müəyyən edilsə də, Mərmərə dənizində üzən platformalar üçün 19,2 giqavat və sabit əsaslı platformalar üçün 2,8 giqavat potensial mövcuddur.
Digər ərazilərlə birlikdə Türkiyənin dörd bölgəsində cəmi 47 giqavat və sabit əsaslarla 7 giqavat olmaqla cəmi 54 giqavatlıq dəniz külək stansiyaları quraşdırıla bilər.
Rəylər (0):